"Monako" Jardimlə yolları ayırdı

16:38 - 11 Oktyabr 2018

“Monako” baş məşqçisi Leonardo Jardimlə yolları ayırıb.

 

Sportal.az xəbər verir ki, buna komandanın cari mövsümə uğursuz start verməsi olub.

 

"Knyazlıq klubu" Jardimin rəhbərliyi altında transferlərdən 648 milyon avro qazanmışdı. 

 

Qeyd edək ki, portuqaliyalı mütəxəssis 2014-cü ildən “Monako”nu çalışdırırdı. Klub onun rəhbərliyi altında bir dəfə Fransa çempionu olub.

Xəbər xətti