Bonuççi: "Yuventus"dan ayrılmaq səhv qərar idi"

17:09 - 11 Oktyabr 2018

Ötən mövsümü "Milan"da keçirən Leonardo Bonuççi "Yuventus"a qayıdışından danışıb.

 

Sportal.az xəbər verir ki, italiyalı futbolçu "Yuventus"dan ayrılmağında səhvə yol verdiyini deyib: "Yuventus"da son dörd ayda qürurum incimişdi. Düzgün qərar verəcək vəziyyətdə deyildim. Ayrılanda səhvə yol verdiyimi artıq anlamışdım. İstədiyim yeganə şey "Yuventus"a qayıtmaq idi. Belə bir fürsət üçün şanslıyam".

 

31 yaşlı müdafiəçi baş məşqçi Massimiliano Alleqri ilə münasibətlərinin indi yaxşı olduğunu söyləyib: "Alleqri ilə aramızda baş verən problemləri unutmuşuq. Ağıllı insanlar kimi hədəflərimizə köklənmişik".

 

Bonuççi karyerasını başa vurduqdan sonra məşqçi olacağını qeyd edib: "Məşqçi olmağı düşünürəm. Ən böyük xəyalım "Yuventus"u çalışdırmaqdır".

 

Qeyd edək ki, Bonuççi ötən il "Yuventus"dan "Milan"a keçsə də cari mövsüm yenidən "qoca sinyora"ya dönüb.

Xəbər xətti