Kovaçın əvəzinə 3 namizəd

18:34 - 11 Oktyabr 2018

Bundesliqada 3 oyunda qalib gəlməyən "Bavariya"nın baş məşqçisi Niko Kovaçın kreslosu laxlayıb.

 

Sportal.az xəbər verir ki, Münhen təmsilçisinin xorvatiyalı çalışdırı ilə yolları ayırması halında onun əvəzinə 3 namizəd bəlli olub. "Bild"in məlumatına görə, Kovaçın əvəzinə, Loran Blan, Zinəddin Zidan və Arsen Venger gətirilə bilər.

 

Qeyd edək ki, Bundesliqanın 7 turundan sonra "Bavariya" 13 xalla 6-cıdır. 

Xəbər xətti