Farer adaları - Azərbaycan oyunu təxirə salına bilər

Bu gün Millətlər Liqasında III tura start veriləcək.

 

Sportal.az xəbər verir ki, D liqasının III qrupunda I dövrənin son iki qarşılaşması baş tutacaq. 

 

Azərbaycan millisi səfərdə Farer adaları ilə münasibətlərinə aydınlıq gətirəcək. Lakin bu gün görüş bu gün baş tutmaya bilər.  Çünki Farer adalarında hava şəraiti heç də futbol üçün əlverişli deyil.

 

Hazırda stadionun üzərini duman bürüyüb və yağış yağır. Qaydalara əsasən meydanın mərkəzindən qapı görünmədiyi təqdirdə, oyun təxirə salınır. Yekun qərar matçın başlamasına dəqiqələr qalmış veriləcək.  

 

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.  

Tarix: 11 Oktyabr [22:14]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
17 Oktyabr 2018
16  Oktyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio