Nazarov Zaur Tağızadəni keçdi, 3-cü yerə şərik oldu

Azərbaycan millisinin bombardirləri siyahısında dəyişiklik olub.

 

Sportal.az saytı xəbər verir ki, Millətlər Liqasının qrup mərhələsinin III turunda səfərdə Farer adaları ilə oyununda qol vuran Dmitri Nazarov yığmada 7-ci dəfə fərqlənib.

 

Bununla da, yarımmüdafiəçi yığmamızın 26 illik tarixinin bombardirləri siyahısında 3-cü yerə şərik olub.

 

28 yaşlı futbolçu 7-ci qolu ilə Zaur Tağızadəni keçib, Rauf Əliyev, Branimir Subaşiç və Elvin Məmmədova çatıb.
 
Millimizin bombardirləri:


1. Qurban Qurbanov 14
2. Vaqif Cavadov 9
3-6. Rauf Əliyev, Branimir Subaşiç, Elvin Məmmədov, Dmitri Nazarov – 7
7. Zaur Tağızadə - 6.

Tarix: 12 Oktyabr [00:17]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
11 Dekabr 2018
10  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio