Millimizin səfər qələbəsi VİDEO

10:04 - 12 Oktyabr 2018

UEFA Millətlər Liqasında qrup mərhələsinin 3-cü turunun oyunlarına start verilib.

 

Sportal.az xəbər verir ki, D liqasının 3-cü qrupunda yer alan millimiz səfərdə Farer adaları yığmasının qonağı olub və 3-0 hesabı ilə qalib gəlib.

 

Qrupun digər matçında isə lider Kosovo autsayder Maltanı qəbul edib və 3-1 hesablı qələbəyə sevinib.

 

Qrupa 7 xalla Kosovo başçılıq edir. Milimizin 5, Farer adalarının 3, Maltanın 1 xalı var.

 

UEFA Millətlər Liqası

D liqası, 3-cü qrup, III tur

11 oktyabr

 

Farer adaları - Azərbaycan - 0:3

Qollar: Riçard Almeyda, 28, Dmitri Nazarov, 67, Riçard Almeyda, 86 (pen.)

 

Xəbər xətti