Maltanın əfsanəsi millimizə qarşı oynamayacaq

UEFA Millətlər Liqasında qrup mərhələsinin 3-cü turunda səfərdə Kosovoya 1-3 hesabı ilə uduzan Malta yığması Azərbaycan millisi ilə oyun öncəsi ciddi itki ilə üzləşib.

 

Sportal.az xəbər verir ki, komandanın kapitanı Maykl Mifsud matçın 70-ci dəqiqəsində qırmızı vərəqə ilə cəzalandırılıb. Bu səbəbdən də milli tarixinin ən çox qol vuran futbolçusu Bakıda keçiriləcək oyunu buraxmaq məcburiyyətində qalacaq. 37 yaşlı forvard Farer adaları və Kosovo ilə cavab oyunlarıda meydana çıxa biləcək.

 

Azərbaycan - Malta matçı oktyabrın 14-ü, saat 20:00-da Bakı Olimpiya Stadionunda baş tutacaq.

 

Qeyd edək ki, Mifsud 41 qolla Malta millisinin tarixində ən çox qol vuran futbolçudur.

Tarix: 12 Oktyabr [12:49]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
12 Dekabr 2018
11  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio