Farruciya: "Azərbaycanla çətin oyunumuz olacaq"

"Kosovo qələbəyə layiq oynadı. Bu komandanın parlaq gələcəyi var. Qrupun ən güclüsünə uduzduq".

 

Sportal.az xəbər verir ki, bu sözləri Millətlər Liqasınının qrup mərhələsinin 3-cü turunda səfərdə Kosovoya 0-2 hesabı ilə uduzan Malta millisinin baş məşqçisi Ray Farruciya deyib. Maltalı mütəxəssis komandanın kapitanı Maykl Mifsudun qırımızı vərəqə alması ilə planların pozulduğunu deyib: "İlk hissədə heç de pis oynamadıq. Fasilədən sonra rəqib təzyiqi artırmışdı. Qırmızı vərəqə isə bütün planları pozdu. Mifsud Azərbaycanla görüşü buraxmalı olacaq. Bizi Bakıda çətin görüş gözləyir".

 

Azərbaycan - Malta oyunu oktyabrın 14-ü, saat 20:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

 

Qeyd edək ki, qrupun 4-cü turunda Farer adaları Kosovo ilə, Azərbaycan millisi Malta ilə üz-üzə gələcək. Qrupa 7 xalla Kosovo başçılıq edir. Azərbaycanın 5, Farer adalarının 3, Maltanın isə 1 xalı var.

Tarix: 12 Oktyabr [13:33]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
12 Dekabr 2018
11  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio