Almeyda hamını qabaqladı, Qara Qarayev 3-cü oldu

UEFA Millətlər Liqasında qrup mərhələsinin 3-cü turunun ilk oyun gününün qarşılaşmalarından sonra statistik göstəricilər açıqlanıb.

 

Sportal.az xəbər verir ki, milli komandamızın iki futbolçusu - Qara Qarayevlə Riçard Almeyda ən yaxşılar arasında yer alıblar.

 

Hər iki yarımmüdafiəçi dəqiq ötürmələrin sayında öndədirlər:

 

1. Riçard Almeyda (Azərbaycan) - 215

2. Serxio Ramos (İspaniya) - 204

3. Qara Qarayev (Azərbaycan) - 201

4. Herolind Şalya (Kosovo) - 180

5. Hekuran Kryeziu (Kosovo) - 172

 

Liqada 4 qol vuran Serbiya millisinin forvardı Aleksandar Mitroviç vahid bombardirdir. Romelu Lukaku (Belçika), Stanislav Draqun (Belarus), Timu Pukki (Finlandiya), Kristian Eriksen (Danimarka), Stefan Yohansen (Norveç), Andre Silva (Portuqaliya), Saul Niqes (İspaniya), Eqziyan Alioski (Makedoniya) və millimizin üzvü Riçard Almeyda 2 qolla bombardirlər siyahısında 2-ci yeri bölüşürlər. Təmkin Xəlilzadə və Dmitri Nazarov hərəyə 1 qolla aşağı yerlərdə qərarlaşıblar.

 

Turnirdə ən çox assist edən İspaniya millisinin üzvü Marko Asensiodur (4 dəfə).

 

Millətlər Liqasında ən çox qurtarış edən qapıçı Litva millisinin üzvü Ernestas Şetkusdur. Malta yığmasının çərçivə qoruyucusu Endryu Hoqq 14 dəfə zərbələri zərərsizləşdirib. Lixtenşteyn millisinin üzvü Benjamin Büxel və San Marino yığmasının qolkiperi Elia Benedettini 14 qurtarışla yadda qalıblar. Yığmamızın qolkiperi Kamran Ağayev isə üç oyundan sonra 5 dəfə rəqib futbolçulara qol vurmaq imkanı verməyib.

Tarix: 12 Oktyabr [15:55]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
12 Dekabr 2018
11  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio