"Milan"dan İbrahimoviç açıqlaması

17:08 - 12 Oktyabr 2018

"Milan"ın idman direktoru Leonardo adı klubla hallanan Zlatan İbrahimoviçlə bağlı açıqlama verib.

 

Sportal.az xəbər verir ki, klub rəsmisi isveçli forvarda "yaşıl işıq" yandırıb:

 

"Onunla maraqlanmağımız normaldır. Vəzifəmə başlayanda onu transfer etmək istəyirdik. Zlatanın 37 yaşı olsa da, bir komandanı çiynində daşıya bilər".

 

"Los-Anceles Qalaksi"də çıxış edən İbrahimoviç isə transfer şayiələrinə belə münasibət bildirmişdi: "Milan"ın məni transfer etməsi nomal haldır. Onsuz da bütün dünya məni istəyir".

 

Qeyd edək ki, İbrahimoviç 2010-2012-ci illərdə "Milan"da oynayıb və 85 oyuna 56 qol vurub.

 

Xəbər xətti