Başı dərddə olan Samir Premyer Liqaya qayıdır?

Qadağan olunmmuş preparatdan istifadə etdiyi üçün 18 ay futboldan kənarlaşdırılan Samir Nəsrinin cəzası 2019-cu ilin yanvarında başa çatacaq.

 

Sportal.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi karyerasını İngiltərədə davam etdirə bilər. Premyer Liqa təmsilçisi "Everton" fransız futbolçuyla maraqlanır. Əgər danışıqlar müsbət nəticələnsə, Samir gələn ildən Liverpul təmsilçisində çıxış edəcək.

 

Qeyd edək ki, “Arsenal”, “Mançester Siti”, “Sevilya”, “Marsel” kimi komandalarda çıxış edən Nəsrinin son klubu "Antalyaspor" olub.

Tarix: 12 Oktyabr [18:56]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Oktyabr 2018
18  Oktyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio