Anri rəsmən "Monako"da

16:16 - 13 Oktyabr 2018

Mövsümə uğursuz start verən "Monako" klubunun yeni baş məşqçisi bəlli olub.

 

Sportal.az xəbər verir ki, "knyazlıq klubu" portuqaliyalı mütəxəssisin əvəzinə Belçika millisinin məşqçilər korpusunda yer alan Tyerri Anrini gətirib. 41 yaşlı mütəxəssislə 3 illik müqavilə bağlanılıb.

 

Fransalı çalışdırıcı bu postda Leonardo Jardimi əvəzləyib.

 

Qeyd edək ki, Anri "Monako"nun heyətində 1996/1997-ci illər mövsümündə Fransa çempionu olub.

Xəbər xətti