PSJ-nin gənc ulduzu ayrılığa hazırlaşır

18:11 - 13 Oktyabr 2018

PSJ-nin gənc ulduzu Timoti Vea gələcəyi barədə açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 18 yaşlı hücumçu qışda başqa kluba icarəyə verilə biləcəyini deyib:

 

"Mövsümün əvvəlində icarəyə verilmədiyim üçün şadam. Hər kəs mənə "İcarəyə get" deyirdi. Düzdür, elə də çox oynamıram. Ancaq təcrübəli simalarla məşqə çıxıram. Bu, gənc futbolçunun karyerası üçün çox önəmlidir. Yanvar ayında başqa kluba icarəyə verilməyim mümkündür. Başqa klubda nələr bacaracağımı göstərmək istəyirəm".

 

Qeyd edək ki, Timoti 1995-ci ildə "qızıl top"u qazanan, hazırda Liberiyanın prezidenti olan Corc Veanın oğludur. Timoti atasından fərqli olaraq, Liberiyanın deyil, ABŞ millisinin şərəfini qoruyur.

Xəbər xətti