Maksim Medvedev: "Son qələbədən sonra daha çox azarkeş gələcək"

19:22 - 13 Oktyabr 2018

UEFA Millətlər Liqasında IV turun sabah keçiriləcək Azərbaycan – Malta oyunuöncəsi mətbuat konfransında millinin futbolçusu Maksim Medvedev jurnalistlərin suallarını cavablandırdı.

 

Sportal.az xəbər verir ki, Medvedev əvvəlcə görüş barədə fikirlərini bildirdi.

 

- Ağır səfərdən qayıtmışıq, yolumuz uzaq idi. Vacib qələbə qazanmışıq. Malta ilə görüş daha vacib olacaq. İnanıram ki, sabah meydanda uğurlu çıxış edəcək və lazım olan qələbəni qazanacağıq.

 

- 3:0 hesablı qələbədən sonra sabahkı oyunda stadionun 60-70 faizinin dolacağına inanırsız?
- İstərdik ki, azarkeşlərin sayı çox olsun. İnanıram ki, son qələbədən sonra daha çox fanat gələcək. İstərdik ki, doğma meydanda da azarkeşlərimizi sevindirək. Nə qədər çox gəlsələr, bizim üçün o qədər yaxşı olar.

Xəbər xətti