Millimiz Malta ilə heç-heçə etdi YENİLƏNİB

21:55 - 14 Oktyabr 2018

Bu gün UEFA Millətlər Liqasında IV tura start verilib.

 

Sportal.az xəbər verir ki, D liqasının 3-cü qrupunda mübarizə aparan millimiz Bakı Olimpiya Stadionunda Maltanı qəbul edib. Qarşılaşma 1-1 hesablı heç-heçə ilə yekunlaşıb.

 

Qrupun digər oyununda Kosovo səfərdə Farer adaları ilə 1-1 hesablı heç-heçəyə razılaşıb.

 

Qrupda turnir cədvəlinə 8 xalla Kosovo başçılıq edir. Millimizin 6, Farer adalarının 4, Maltanın isə 2 xalı var.


Millətlər Liqası

D liqası, 3-cü qrup, III tur

14 oktyabr

 

20:00 Azərbaycan - Malta - 1 - 1

Qollar: Araz Abdullayev, 53 - Rouen Muskat, 37

Baş hakim: İvan Bebek

Yan xətt hakimləri: Tomislav Petroviç, Miro Qrqiç
Dördüncü hakim: Qoran Pataki
Əlavə köməkçi hakimlər: Mario Zebeç, Qoran Qabrilo (hamısı Xorvatiya)
Hakim-inspektor: Yannis Tsaxilidis (Yunanıstan)
UEFA nümayəndəsi: Vladimir Heninson (Ukrayna)

Bakı. Bakı Olimpiya Stadionu

Xəbər xətti