Ermənistandan Cəbəllütariqə hörmətsizlik: Lixtenşteynlə səhv saldılar

Ermənistan Futbol Federasiyası Millətlər Liqasında Cəbəllütariqlə matçdan öncə kobud səhv edib.

 

Sportal.az xəbər verir ki, qarşılaşmanın start fitindən öncə matçı keçirildiyi Vazgen Sarkisyan adına stadionda Cəbəllütariqin deyil, Lixtenşteynin himni səsləndirilib. 

 

Bu barədə Cəbəllütariq Futbol Federasiyasının rəsmi "facebook" səhifəsində məlumat yer alıb. Onlar qarşı tərəfin bu hörmətsizliyinə görə böyük məyusluq yaşadıqlarını, oyundan sonra meydan sahiblərinin rəsmiləri baş verən hadisəyə görə üzr istədiklərini qeyd ediblər.

 

Qeyd edək ki, qarşılaşma qonaq komandanın 1-0 hesablı qələbəsi ilə başa çatıb. Bu, Cəbəllütariqin tarixi ərzində ilk rəsmi qələbəsi olub.   

Tarix: 14 Oktyabr [13:19]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
15 Noyabr 2018
14  Noyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio