Qara Qarayev: "Bu tempi, bu uğuru davam etdirməliyik" MÜSAHİBƏ

Milli komandamız Millətlər Liqasının qrup mərhələsinin 4-cü turunda evdə Malta ilə 1-1 hesablı heç-heçə edib.
 
Sportal.az xəbər verir ki, oyundan sonra millimizin yarımmüdafiəçisi Qara Qarayev jurnalistlərin suallarını cavablandırıb.
 
 - İki xal itirdik, yoxsa bu nəticəni normal qarşılamaq lazımdır?
 
- Son zamanlar millinin Qurban Qurbanovun rəhbərliyi altında ən yaxşı oyunlarında biri idi. Ən çox qol şansları yaratdığımız oyunlardan biri oldu. Hamısı yüzfaizli qol epizodları idi. Son zamanların ən yaxşı oyununu keçirdik. Bu şəkildə davam etməliyik. Hər oyun belə oynasaq, nəticə qazanacağıq. Buna uğursuzluq yox, millinin uğuru deyərdim. Artıq milli daha yaxşı oynayır. Maltaya elə də imkan vermədik. Biz daha yaxşı oynadıq. Özümüz dəfələrlə güclü rəqibləri büdrətmişik. Deməli, bizə qarşı da nisbətən zəif komandalar müdafiədən oynayıb, xal qazana bilirlər. Oyunu yaxşı dəyərləndirirəm. Daha da yaxşı ola bilərdi. Təbii ki, qələbə qazansaydıq, hər şey fərqli olacaqdı. Bu tempi, bu uğuru davam etdirməliyik. Nəticələr də olacaq.
 
- Son iki oyunda millimiz qrup lideri olmağı bacaracaq?
- Əlimizdən gələni edəcəyik. Özümüzdən asılı olmayaraq, yaxşı oynasaq da, bəzən qalib gələ bilmirik. Amma yaxşı oynayıb, nəticə qazanmaq üçün də əlimizdən gələni edirik. Son iki oyunda maksimum nətciə qazanmaq üçün nə lazımdısa, qurban verəcəyik.
 
- Düşünmürsən ki, xalq, mətbuat millidən çox uğur gözləyir? Ermənistanda güclü oyunçular olsa da, Cəbəllütariqə uduzdular.
- Bizdən nə qədər çox uğur istəsəz, daha yaxşı oynamağa çalışacağıq. Bizdən uğur gözlənilməsi normal haldır. Vurğuladığınız amil də onu göstərir ki, artıq hamı uğur qazana və oynaya bilir. Cəbəllütariqin yarandığı tarixə baxmaq lazımdır. Mənim üçün sürpriz olmadı. Belə hallar baş verib. Biz Kosovo kimi rəqiblərdən 4-5 pillə yuxarı komanda deyilik. Bu, öz komandamı aşağılamaq deyil. Amma yenə də Cəbəllütariqin qələbəsi gözlənilməz idi. Bu da onu göstərir ki, hər kəs oynamağı bacarır. Hamı müdafiədən oynayıb, xal qazana bilir.
 
- Bəs biz Kosovoya qarşı oynayıb qalib gələ biləcəyik?
- İnşallah. Bu sözü vermək futbolçu olaraq, çətindir. Bu oyunlarda qalib gəlmək üçün nə lazımdırsan qurban verəcəyik.
Tarix: 14 Oktyabr [23:52]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16 Noyabr 2018
15  Noyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio