Kosovonun baş məşqçisi: "Son iki oyun həlledici olacaq"

10:32 - 15 Oktyabr 2018

"Oyunumuza görə xoşbəxtəm, amma nəticə ürəyimcə olmadı".

 

Sportal.az xəbər verir ki, bu sözləri Kosovo millisinin baş məşqçisi Bernard Şalland Millətlər Liqasında səfərdə Farer adaları ilə 1-1 hesablı heç-heçə etdikləri oyundan sonra deyib. İsveçrəli mütəxəssis qrupun çətin olduğunu deyib:

 

"İlk hissədə rəqibdən üstün idik. Ancaq fasilədən sonra hesabı qoruya bilmədik. Son 20 dəqiqədə problemlərimiz oldu. Farer adaları güclü komandadır. Buna görə də bizə asan olmadı. Ümumiyyyətlə, qrupumuz çətindir".

 

67 yaşlı çalışdırıcı qrup lideri olmaq barədə düşünmədiklərini bildirib: "Əvvəlcə Malta ilə səfər oyununu düşünürük. Növbəti ay iki ağır oyunumuz olacaq. Qrup lideri olmaq barədə düşünmürük. İstəyimiz yaxşı oynamaq və irəlli getməkdir. Biz yeni komandayıq. Formalaşmaqdayıq. Qrupdakı son iki oyun həlledici olacaq. İlk məqsədimiz Maltada qalib gəlməkdir".

 

Qeyd edək ki, qrupa 8 xalla Kosovo başçılıq edir. Millimizin 6, Farer adalarının 4, Maltanın 2 xalı var.

Xəbər xətti