Almeyda və Qara Qarayev zirvədə

UEFA Millətlər Liqasında qrup mərhələsinin 4-cü turunun ilk oyun gününün qarşılaşmalarından sonra statistik göstəricilər açıqlanıb.

 

Sportal.az xəbər verir ki, milli komandamızın iki futbolçusu - Qara Qarayevlə Riçard Almeyda ən yaxşılar arasında yer alıblar.

 

Hər iki yarımmüdafiəçi dəqiq ötürmələrin sayında öndədirlər:

 

1. Riçard Almeyda (Azərbaycan) - 298

2. Qara Qarayev (Azərbaycan) - 276

3. Herolind Şalya (Kosovo) - 253

4. Miloş Velykoviç (Serbiya) - 234

5. Aleksandru Epureanu (Rumıniya) - 233

 

Liqada 4 qol vuran Serbiya millisinin forvardı Aleksandar Mitroviç və Belçika yığmasının hücumçusu Romelu Lukaku ilk iki pilləni böülüşürlər. Timu Pukki (Finlandiya) və Eqziyan Alioski (Makedoniya) 3 qolla 3-4-cü pillələrdə qərarlaşıblar. Millimizin üzvü Riçard Almeyda 2 qolla aşağı yerlərdədir.

 

Turnirdə ən çox assist edən İspaniya millisinin üzvü Marko Asensiodur (4).

 

Millətlər Liqasında ən çox qurtarış edən qapıçı Malta yığmasının çərçivə qoruyucusu Endryu Hoqqla San Marino millisinin qolkiperi Elia Benedettinidir (hər ikisi 24).

Tarix: 15 Oktyabr [11:09]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
15 Noyabr 2018
14  Noyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio