Dəqiqləşdi: "Vorskla"nın erməni futbolçusu Bakıya gələcək?

15:11 - 15 Oktyabr 2018

Avropa Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində "Qarabağ" oktyabrın 25-də Ukraynanın "Vorskla" klubunu qəbul edəcək.

 

Sportal.az xəbər verir ki, qarşılaşma öncəsində maraqla gözlənilən məsələlərdən biri də, Ukrayna klubunun erməni futbolçusu Qeqam Kadimyanın ölkəmizə gəlib-gəlməyəcəyi ilə bağlıdır. Ukrayna mətbuatına yer alan xəbərə görə, 25 yaşlı hücumçu Bakıda baş tutacaq görüşə gətirilməyəcək. Zədəsi olan futbolçunun Ağdam klubu ilə qarşılaşmaya yetişməyəcəyi qeyd edilib.

 

Qeyd edək ki, "Qarabağ"la oyun üçün "Arsenal"ın erməni futbolçusu Henrix Mxitaryan da Bakıya gətirilməmişdi.

Xəbər xətti