"Keşlə"nin yeni transferi: "Süni örtüklü meydanda oynamaq çətindir"

16:07 - 15 Oktyabr 2018

"Yeni komandama uyğunlaşmağa çalışıram. İlk oyunumu MOİK-ə qarşı keçirdim. Cəld oynamağa, baş məşqçimizin verdiyi tapşırıqları yerinə yetirməyə çalışdım. Komanda haqda ümumi fikrim yaxşıdır".

 

Sportal.az saytına açıqlamasında bu sözləri "Keşlə"nin yeni transferi Samba Diallo deyib. 29 yaşlı futbolçu ölkəmizə gəlməsinin səbəblərini açıqlayıb və Azərbaycan çempionatı barədə danışıb:

 

"Bakıda yaxşı dostlarım var. Bundan başqa, Azərbaycan çempionatı yaxşı səviyyədədir. Azad agent idim, təklif gəldi və "Keşlə" ilə müqavilə imzalamağa razılıq verdim. Azərbaycan çempionatında neçə komandanın iştiirak etməsinin fərqi yoxdur. Burada da belədir. Bunu vacib məqam hesab etmirəm".

 

Mavritaniya milli komandasının üzvü süni örtüklü meydançada oynamağın çətin olduğunu, ancaq buna öyrəşməyə çalışacağını sözlərinə əlavə edib: "Əlbəttə, süni örtüklü meydançalarda oynamaq çətindir. Çünki həmişə təbii örtüklü meydanlarda top qovmuşam. Mən peşəkar futbolçuyam. Əgər komandanın stadionu belədirsə, buna öyrəşməliyəm". 

Xəbər xətti