Jirudan ayrılıq iddialarına münasibət

16:29 - 15 Oktyabr 2018

"Çelsi"nin hücumçusu Olivye Jiru açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 32 yaşlı forvard ayrılıq iddialarını təkzib edib:

 

"Marsel"lə ötən ilin yayında danışıqlar aparsaq da, razılığa gəlməmişdik. Həm də "Çelsi"yə yeni gəlmişdim, 3 ay sonra çantamı götürüb getmək vaxtı deyildi. Məncə, "Çelsi" İngiltərənin ən yaxşı komandasıdır. Olmaq istədiyim yerdəyəm, nə üçün ayrılım?"

 

Qeyd edək ki, bu ilin əvvəlində "Arsenal"dan 17 milyon avroya "Çelsi"yə keçən fransız forvard cari mövsüm 7 oyuna 4 assist edib.

Xəbər xətti