Arda Turanın həbs edilməsi üçün ərizə təqdim edildi

16:47 - 15 Oktyabr 2018

Türkiyənin "Başakşəhər" klubunun futbolçusu Arda Turanla yerli müğənni Berkay Şahin arasında gecə klublarının birində baş verən davanın araşdırmaları davam edir.

 

Sportal.az xəbər verir ki, sənət adamının vəkili Ayşəgül Mərmər prokurorluğa Arda Turanın həbs edilməsi üçün ərizə təqdim edib. Arda Turanın Berkaya sözlü təcavüz və xəsarət etdiyi etdiyi, silahla hədə-qorxu gəlməsi qeyd edilib. Türkiyə millisinin üzvünün qanunsuz silah gəzdirməsi də ərizəyə əlavə edilib.

 

Qeyd edək ki, Arda Turan gecə klubunda Berkay Şahinin xanımı Özlem Şahinlə söhbət etdiyi üçün qalmaqal baş verib. Müğənni Ardanın hərəkətlərinə dözməyib. O, Ardanın xanımının yanından ayrılmasını istəsə də, futbolçu qolunun gücünü işə salıb və Berkayın burnunu qırıb. Xəstəxanaya aparılan sənət adamı əməliyyat edilib. Arda Turanın isə əsəbi soyumayıb və xəstəxanaya gedərək, odlu silahdan palatada göyə atəş açıb.

Xəbər xətti