İbrahimoviçin agentindən transfer açıqlaması

17:52 - 15 Oktyabr 2018

MLS təmsilçisi "Los-Anceles Qalaksi"də çıxış edən Zlatan İbrahimoviçin keçmiş komandası İtaliyanın "Milan" klubuna qayıdacağı ilə bağlı iddialar yayılmaqda davam edir.

 

Sportal.az xəbər verir ki, 37 yaşlı isveçli forvardın agenti Mino Rayola bu şayiələrə münasibət bildirib: "Zlatana təkliflər yağış kimi yağır. Ancaq onun "Milan"a dönmək ehtimalını müzakirə etməmişik. "Milan"ın təklifi yoxdur".

 

İbrahimoviç özü isə açıqlamsında onu bütün dünyanın istədiyini qeyd etmişdi: "Hər zaman belə iddialar olub. Həm də məni bütün dünya istəyir. Bu, mənim üçün adi bir şeydir".

 

Qeyd edək ki, İbrahimoviç 2010-2012-ci illərdə "Milan"da oynayıb və 85 oyuna 56 qol vurub.

Xəbər xətti