Maltanın müdafiəçisi: "Bu nəticəni haqq edirdik"

18:53 - 15 Oktyabr 2018

"Fikrimcə, biz bu nəticəni haqq edirdik. Çünki Kosovo ilə oyundan fərqli olaraq, bu dəfə taktiki cəhətdən daha ağıllı oynadıq, müdafiədə sıx idik".

 

Sportal.az xəbər verir ki, bu sözləri Millətlər Liqasında yığmamızla 1-1 hesablı heç-heçə edən Malta millisinin müdafiəçisi Andre Acus deyib. 32 yaşlı müdafiəçi Ray Farruciyanın rəhbərliyi altında Maltanın doğru yolda olduğunu deyib:

 

"Heyətimiz və baş məşqçimizlə düzgün yoldayıq. Oyunumuz etibarlıdır. Növbəti iki oyun da bizim üçün vacibdir. Qrupda 3-cü yeri tutmaq şansına sahibik. Farer adaları ilə son oyunumuz həlledici olacaq". 

 

Qeyd edək ki, qrupa 8 xalla Kosovo başçılıq edir. Millimizin 6, Farer adalarının 4, Maltanın 2 xalı var.

Xəbər xətti