Simeon Slavçev: "Formaya düşürəm"

19:16 - 15 Oktyabr 2018

"Zədəyə görə "Qarabağ"da bir neçə oyunu buraxmışdım. Artıq formaya düşürəm".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın bolqarıstanlı yarımmüdafiəçisi Simeon Slavçev deyib. 25 yaşlı futbolçu Millətlər Liqasında Norveçlə oyuna hazır olduğunu deyib:

 

"Kipr üzərində qələbədən sonra yaxşı ab-havadayıq. Özümü hazır hiss edirəm. Kiprə qalib gəliyimiz oyunda 90 dəqiqə oyunda olmağım mənə kömək oldu. Əlbətt, Norveçlə oyuna da qalib gəlmək üçün gedirik".

Xəbər xətti