Halldorsson oynadı, İslandiya evdə uduzdu VİDEO

01:23 - 16 Oktyabr 2018

UEFA Millətlər Liqasında qrup mərhələsinin oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, A liqasının 2-ci qrupunda yer alan İslandiya millisi evdə İsveçrəni qəbul edib. Matç meydan qonaqların 2:1 hesablı qələbəsiylə yekunlaşıb.

 

İslandiya millisinin qapısını “Qarabağ”ın qolkiperi Hannes Halldorsson qoruyub.

 

90 dəqiqə meydanda olan 34 yaşlı qapıçı 2 qolun qapıdan keçməsinə mane ola bilməyib.

 

Qrupa 6 xalla Belçika başçılıq edir. Eyni xala malik olan İsveçrə 2-cidir. İslandiyanın aktivində xal yoxdur.

 

İslandiya - İsveçrə 1:2

Qollar: Alfred Finnboqason, 81 - Haris Seferoviç, 52, Mixael Lanq, 67

 

 

 

Xəbər xətti