Millimiz seçmə mərhələni qələbəsiz başa vurdu

21 yaşadək futbolçulardan ibarət milli komandamız bu gün Avropa çempionatının seçmə qrup mərhələsində son oyununu keçirib. 

 

Sportal.az xəbər verir ki, Rəşad Sadıqovun komandası 5-ci qrupda Norveçlə qarşılaşıb. Oyun 1-1 hesablı heç-heçə ilə başa çatıb.

 

Qeyd edək ki, komandamız qrupda keçirdiyi 10 oyunda qələbə qazana bilməyib. 7 oyunda məğlubiyyətlə üzləşən gənclərimiz 3 görüşdə heç-heçə etməklə kifayətləniblər.

 

16 oktyabr

Avropa çempionatı

Seçmə mərhələ, 5-ci qrup

 

Norveç (U-21) – Azərbaycan (U-21) - 1:1

Qollar: Leo Ostiqard, 76 // Fəhmin Muradbəyli, 9 (pen.)

Tarix: 16 Oktyabr [22:08]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
15 Noyabr 2018
14  Noyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio