Rüfət Dadaşovdan Prosineçkiyə: "Əsl ağılsızlıq idi"

10:52 - 16 Oktyabr 2018

"Təəssüratlarım xoş oldu. Farer adalarına 3-0 hesabı ilə qalib gəldikdən sonra Malta ilə oyunda xal itirməyimiz bizi üzdü. Bir neçə qol şansından yararlana bilmədim". 

 

Sportal.az xəbər verir ki bu sözləri millimizin və Almaniya III Bundesliqa təmsilçisi "Proyssen"in üzvü Rüfət Dadaşov deyib. Uzun fasilədən sonra millimizə qayıdan 28 yaşlı forvard Millətlər Liqasındakı şanslar barədə danışıb:

 

"Baş məşqçi Qurban Qurbanov tərəfdən haqqımda xoş sözlər eşitdim. Millidə bəzi simaları tanıyırdım. Amma yeni adlar çoxdur. Sadəcə, Malta ilə oyunda istədiyimiz nəticəni qazana bilmədik. Bu da bizi üzdü. Rəqib müdafiə olunmaqla kifayətlənirdi. Dörd oyunda məğlub olmamışıq. Kosovo bizdən 2 xal öndədir. Hər şey mümkündür".

 

Robert Prosineçkinin dönəmində yığmada oynamayan Dadaşov milliyə dönüşü barədə bunları deyib: "Bu qərar əsl ağılsızlıq idi. Mən özümə yenidən güvənirəm".

Xəbər xətti