"Sumqayıt" - "Sabah" oyununun stadionu dəyişdirildi

11:11 - 16 Oktyabr 2018

Topaz Premyer Liqasının VIII turunun “Sumqayıt” - “Sabah” oyunun məkanı dəyişdirilib.

 

Sportal.az xəbər verir ki, qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu kimi “Bayıl Arena”da deyil, “Dalğa Arena”da baş tutacaq.

 

Sözügedən oyun oktyabrın 21-i, saat 17:00-da baş tutacaq.

 

Qeyd edək ki, 7 turdan sonra hər iki komandanın 10 xalı var.

Xəbər xətti