Luçesku göndərilir: Türkiyə millisinin yeni baş məşqçisi kim olacaq?

11:54 - 16 Oktyabr 2018

Mirça Luçeskunun gəlişindən sonra da Türkiyə millisinin işləri yolunda getmədi. DÇ-2018-dən kənar qalan "ay-ulduzlular" UEFA Millətlər Liqasına da yaxşı start verməyib.

 

Sportal.az xəbər verir ki, 3 oyuna 4 xal toplayan yığmada Luçeksunun gələcəyi böyük sual altındadır. 73 yaşlı rumıniyalı mütəxəssislə bağlı qərar Millətlər Liqasından sonra veriləcək. Digər məlumata görə isə 2019-cu ilin mayında Türkiyə Futbol Federasiyasında yeni prezident seçkiləri reallaşacaq. Yeni federasiya rəhbərliyi isə təzminatı 2,5 milyon avro olan Luçeskunu vəzifəsindən uzaqlaşdıracaq və AVRO-2020 üçün yeni çalışdırıcı ilə yola davam edəcək.

 

Millinin "sükanı arxası"na isə "Beşiktaş"ın baş məşqçisi Şenol Günəşin və ya son olaraq, "Fənərbaxça"da çalışmış Aykut Kocamanın keçəcəyi iddia edilir.

 

Qeyd edək ki, Luçesku ötən il Fatih Terimin əvəzinə Türkiyə millisinin baş məşqçisi təyin edilmişdi.

Xəbər xətti