"Sumqayıt"da "Sabah"la oyundan öncə zədəlilərin son durumu

15:27 - 16 Oktyabr 2018

Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində “Sabah”la qarşılaşacaq “Sumqayıt” bu oyun üçün hazırlığını davam etdirir.

 

Sportal.az xəbər verir ki, komanda baş məşqçi Nazim Süleymanovun rəhbərliyi altında bu gün saat 11:00-da növbəti məşqini keçirib. U-21 millinin toplanışında olan Süleyman Əhmədov, Yusif Nəbiyev və Süleyman Süleymanov hazırlıq prosesində iştirak etməyib. Yüngül zədəsi olan Şəhriyar Əliyev və Elvin Məmmədov fitness zalında fərdi məşqlə, Əfran İsmayılov isə meydançada yüngül qaçışla kifayətlənib. 1.5 saat davam edən hazırlıq prosesində topla müxtəlif hərəkətlər və taktiki gedişlər üzərində çalışılıb. Məşqə ikitərəfli oyunla yekun vurulub.

 

Qeyd edək ki, “Sumqayıt” – “Sabah” qarşılaşması 21 oktyabr, saat 17:00-da “Dalğa Arena”da keçiriləcək.

Xəbər xətti