Modriç: "Messi ilə birgə heç vaxt oynamaram"

17:21 - 16 Oktyabr 2018

"Real"ın yarımmüdafiəçisi Luka Modriç "France Football" nəşrinə açıqlama verib.

 

Sportal.az xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi "Barselona"nın argentinalı ulduzu Lionel Messi ilə birgə heç vaxt oynamayacağını deyib:

 

"Messi ilə rəqibik. Ona qarşı çox oynamışam, amma birgə çıxış etməmişik. Təbii ki, Leo futbol tarixinin ən yaxşılarından biridir. Lakin onunla heç vaxt birgə çıxış etmərəm".

 

33 yaşlı futbolçu sabiq komanda yoldaşı Kriştiano Ronaldo barədə bunları söyləyib: "Real"da Ronaldo ilə birgə möhtəşəm 6 il keçirdik. Yaxşı dostuq və münasibətlərimiz əladır. Komandamızda olmasa da, əlaqələrimiz var".

 

Qeyd edək ki, Modriç 2018-ci ildə FIFA tərəfindən ən yaxşı futbolçu seçilib.

Xəbər xətti