İspaniyada Arda Turanı sərt şəkildə tənqid etdilər: "İstedadını kanalizasiyaya atdı"

18:30 - 16 Oktyabr 2018

İspaniyanın "Sport" qəzetinin köşə yazarı Xuan Manuel Dias müqavilə ilə "Barselona"ya məxsus olan, icarə əsasında "Başakşəhər"də çıxış edən Arda Turanla bağlı sərt qeyd yazıb.

 

Sportal.az xəbər verir ki, "Bir kumirin çöküşü" başlığı ilə verilən məqalədə Arda Turan sərt şəkildə tənqid edilib: "Arda yaxşı futbolçu olmaq şansını itirib. Türkiyədə rəzalətə səbəb olaraq, hər şeyin dibinə vurdu. 2015-ci ildə "Barselona"ya keçəndə Türkiyə millisi üçün əvəzolunmaz biri idi. İndi isə adı pisə çıxıb, utancverici hallar yaşayır. Futbolun gerçək tərəfləri Ardanı kölgəyə saldı. "Barselona"da Neymarla İnyestanın kölgəsində qaldı. Komandada ulduz futbolçuların dieta proqramını riayət etmədi, bunu etmək belə istəmirdi. Günlük həyat tərzinə uyğunlaşmadı. İstedad futbolda hər şey demək deyil. Luis Enrikenin gözündən düşdü, millidə arzulanmayan şəxs oldu. Türkiyə - İspaniya yoldaşlıq matçında öz azarkeşləri tərəfindən fitə basıldı. "Barselona"da artıq Arda söhbəti bağlanıb. Super Liqaya dönən kimi, hakimin üstünə bağırdı, təhdidlər etdi. Son olaraq da, gecə klubunda dava-dalaş edib. Daha əvvəl jurnalistlə dalaşmışdı. O, xarakteri olmayan milyonçudur. Ardanın istedadına şübhə yoxdur, amma "Başakşəhər"in də ona ehtiyacı yoxdur. Çünki bu komandanın Super Liqada işləri qaydasındadır. Arda öz istedadını kanalizasiyaya atdı".

 

Qeyd edək ki, "Başakşəhər" ötən mövsüm Arda Turanı "Barselona"da iki illik icarəyə götürüb. 31 yaşlı futbolçu Türkiyəyə qayıtdıqdan sonra bir neçə dəfə qalmaqala səbəb olub.

Xəbər xətti