Matteus: "Rodriqes "Bavariya"ya hörmət etmir"

18:56 - 16 Oktyabr 2018

Almaniya futbolunun əfsanəsi Lotar Matteus "Bavariya"nın son dönəmlər uğursuz çıxışı ilə bağlı danışıb və komandanın yarımmüdafiəçisi Hames Rodriqesi tənqid edib.

 

Sportal.az xəbər verir ki, veteran futbolçu kolumbiyalının özünü klubdan daha üstün hesab etdiyini bildirib:

 

"Hames özünü "Bavariya"dan üstün hesab edən eqoist bir futbolçudur. Az oynadığı üçün deyinir, şikayət edir. Eqoist futbolçudur və kluba hörmət etmir".

 

Qeyd edək ki, 27 yaşlı futbolçu klubun baş məşqçisi Niko Kovaçı sərt şəkildə tənqid etmişdi.

Xəbər xətti