"Qalatasaray" Fatih Terimlə yeni müqavilə imzaladı

00:12 - 17 Oktyabr 2018

"Qalatasaray" baş məşqçisi Fatih Terimlə yeni müqavilə imzalayıb.

 

Sportal.az xəbər verir ki, İstanbul klubu 65 yaşlı mütəxəssislə 2+3 illik müqavilə bağlayıb. Fatih Terimin hazırkı müqaviləsi 2019-cu ilin mayında başa çatacaqdı.

 

Qeyd edək ki, ötən ilin dekabrında 4-cü dəfə "Qalatasaray”ın baş məşqçisi təyin olunan Fatih Terim son mövsümdə Türkiyə Super Liqasının qalibi olub.

Xəbər xətti