"Qarabağ"ın futbolçusu: "Robot deyilik"

“Bu 90 dəqiqənin indiyə qədər olan oyunları silməsinə imkan verməyəcəyik. Başımızı aşağı salmamalıyıq. Komandamız böyük potensiala sahibdir".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Simeon Slavçev Bolqarıstan millisinin heyətində UEFA Millətlər Liqasının C liqasının 4-cü turunda səfərdə Norveçə 0-1 hesabı ilə uduzduqları oyundan sonra deyib. 25 yaşlı futbolçu toparlanacaqlarını bildirib: "Biz robot deyilik. Amma bir komanda şəklində yumruğumuzu vuracağıq. Toparlanacağıq”.

 

Qeyd edək ki, Bolqarıstan və Norveç milliləri 9 xalla qrupda 1-2-ci yerləri bölüşürlər.

Tarix: 17 Oktyabr [12:50]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
15 Noyabr 2018
14  Noyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio