Fabreqas rekordlar kitabına düşdü

"Çelsi"nin futbolçusu Sesk Fabreqas Ginnesin rekordlar kitabına düşüb.

 

Sportal.az xəbər verir ki, ispan yarımmüdafiəçi Premyer Liqada ən qısa zamanda 100 məhsuldar ötürmə sayına çatan futbolçu olub. 31 yaşlı futbolçu bu göstəriciyə 293 matçda nail olub.

 

Əvvəlki rekord 367 oyunda 100 qol ötürməsi edən "Mançester Yunayted"in uelsli sabiq futbolçusu Rayan Qiqqzə aid idi. 

 

Qeyd edək ki, Fabreqas 2003-2011-ci illərdə "Arsenal"da çıxış edib. O, 2014-cü ildən isə "Çelsi"nin şərəfini qoruyur.

Tarix: 17 Oktyabr [13:56]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16 Noyabr 2018
15  Noyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio