"Qəbələ"dən 14 cavabsız qol

“Qəbələ” akademiyasının komandaları AFFA-nın aşağı yaş qrupları arasında keçirdiyi liqalarda növbəti oyunlarını keçirib.

 

Gənclər Liqasında “Sabah”ın qonağı olan U-19 altı cavabsız qolla qalib gəlib. U-16 və U-15 da son turu səfər qələbəsi ilə başa vurub. Sonuncular “Zirə”ni 2:0, 16 yaşadək futbolçular isə “Sumqayıt”ı 4:2 hesabı ilə yenib.

 

Paytaxt zonasında mübarizə aparan U-13 “Səbail”lə matçdan xalsız ayrılıb - 0:3. U-12 Liqasının Şimal-Qərb regionunun Qəbələdə keçirilən oyunlarında bu şəhərin iki komandası üz-üzə gəlib. UGİM “Qəbələ”nin qapısından 4 top keçirən “Qəbələ” 3 xal qazanıb. Eyni zonada mübarizə aparan U-10 komandalarının ikisi də 3 xal əldə edib. UGİM “Qəbələ” UGİM-ə (Ağdaş) 3:2 hesabı ilə qalib gəlib. “Qəbələ” isə UGİM-ə (İsmayıllı) 14 cavabsız qol vurub.

Tarix: 17 Oktyabr [14:53]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16 Noyabr 2018
15  Noyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio