"Atletiko"da problem: Kosta Qrizmannı qısqanır

"Atletiko"nun hücumçusu Dieqo Kosta komandanın digər üzvü Antuan Qrizmannın yeni müqaviləsinin şərtlərini qısqanmağa baçlayıb.

 

Sportal.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. Məlumata görə, İspaniya millisinin üzvü Qrizmannın illik maaşının 8 milyon avro olmasını qəbul edə bilmir. 30 yaşlı futbolçu bu səbəbdən də klub rəhbərliyinə müraciət edərək, fransız hücumçu ilə eyni maaşı almağa çalışacaq.

 

Qeyd edək ki, Kosta cari mövsüm 10 oyuna 3 qol vurub, 2 assist edib.

Tarix: 17 Oktyabr [15:52]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
17 Yanvar 2019
16  Yanvar 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio