AFFA "Sumqayıt"ın şikayətinə baxdı

AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib.

 

Sportal.az xəbər verir ki, aparılmış müzakirələrdən sonra “Sumqayıt” tərəfindən sabiq məşqçisi Anton Dioçenkonun cəzası ilə bağlı verilmiş apellyasiya şikayəti qismən təmin edilib.

 

“Topaz Premyer Liqasının 5-ci turu çərçivəsində 23 sentyabr 2018-ci il tarixində keçirilmiş “Keşlə” – “Sumqayıt” oyununda qeydə alınmış qayda pozuntusuna dair qonaq komandanın məşqçisi Anton Dioçenko barədə AFFA İntizam Komitəsinin 25 sentyabr 2018-ci il tarixli qərarı qismən dəyişdirilib. Ukraynalı mütəxəssisin aqressiv davranış və hakimə qarşı fiziki təsir göstərdiyinə görə cəzalandığı oyun sayı 10-dan 5-ə, klubun barəsində 8000 manat məbləğində müəyyənləşdirilmiş cərimə isə 4000 manata endirilib.

 

Qeyd edək ki, Dioçenko “Sumqayıt”dan ayrılıb və ölkəsinə dönüb.

Tarix: 17 Oktyabr [18:03]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
26 Mart 2019
25  Mart 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio