Braziliya millisinin üzvü rəsmən "Milan"da

"Milan" heyətini gücləndirib.

 

Sportal.az xəbər verir ki, "qırmızı-qaralar" Braziliyanın "Flamenqo" klubundan Lukas Paketanı transfer edib. 21 yaşlı futbolçunun keçidi 35 milyon avroya başa gəlib. Pleymeyker 2019-cu ilin yanvar ayında yeni klubuna qatılacaq. Bu barədə Braziliya klubunun idman direktoru Bruno Spindel məlumat verib.

 

Qeyd edək ki, Braziliya millisinin üzvü "Flamenqo"nun yetirməsidir.

Tarix: 17 Oktyabr [19:19]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
13 Noyabr 2018
12  Noyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio