"Santos" cəbhəsindən açıqlama: "Beşiktaş" Lavdan qurtulmaq istəyirdi"

Braziliyanın "Santos" klubu "Beşiktaş"dan Vaqner Lavı transfer etməkdə israrlıdır.

 

Sportal.az xəbər verir ki, bu barədə klubun prezidenti Xose Karlos Peres məlumat verib:

 

"Vaqner Lavı baş məşqçimiz Kuka istəmişdi. Vəzifəsinə başlayanda bir hücumçu transferi istədi. Transferin bağlanmasına saatlar qalmışdı. Yumurtanın üstündə addımlayan kimi idik. Vaqner Lav bizə gələ bilərdi, çünki "Beşiktaş" ondan qurtulmaq istəyirdi. Daha sonra bir neçə qol vurdu və transfer alınmadı. Gələcəkdə nələr olacağına baxacağıq".

 

Qeyd edək ki, 34 yaşlı forvardın "Beşiktaş"la 2020-ci ilə kimi müqaviləsi var. Braziliyalı futbolçu cari mövsüm 3 oyuna 2 qol vurub.

Tarix: 18 Oktyabr [00:35]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
15 Noyabr 2018
14  Noyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio