"Qarabağ"ın zədəlisi geri döndü

10:34 - 18 Oktyabr 2018

"Qarabağ" zədəli futbolçusu Donald Gerye kollektiv məşqlərə başlayıb.

 

Sportal.az xəbər verir ki, çiynindən ciddi zədə alan Ağdam klubunun cinah futbolçusu sağalıb.

 

29 yaşlı oyunçunun oktyabrın 25-də baş tutacaq Avropa Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində "Vorskla" ilə oyunda iştirak edib-etməyəcəyi hələ ki, bəlli deyil.

 

Qeyd edək ki, Donald Gerye Topaz Premyer Liqasının I turundan təxirə salınmış "Qarabağ" - "Zİrə" matçında (3-2) zədələnmişdi.

Xəbər xətti