İquain "Yuventus"dan ayrılmasının səbəbini açıqladı: "Ronaldo gəldi, məni qovdular"

14:52 - 18 Oktyabr 2018

İtaliya A Seriyasında "Mİlan"da çıxış edən Qonsalo İquain "Yuventus"dan ayrılma səbəblərini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, Argentina millisinin üzvü Turin klubundan öz istəyilə ayrılmadığını deyib:

 

"Kriştiano Ronaldo gələndən sonra "Yuventus" mənim ayrılmağımı istədi. Turindən ayrılmaq mənim istəyim deyildi, bunu hər kəs bilir. "Yuventus" sanki məni qovdu. "Milan"a keçmək ən yaxşı yol idi. Cennaro Qattuzo fərqli şeylərə sahibdir".

 

Qeyd edək ki, "Milan" 30 yaşlı forvardı satın alma şərtiylə icarəyə götürüb.

Xəbər xətti