"Barselona"nın futbolçusuna 800 min avroluq cərimə

16:10 - 18 Oktyabr 2018

"Barselona"nın futbolçusu Arturo Vidal 800 min avro məbləğində cərimələnib.

 

Sportal.az xəbər verir ki, 2017-ci ildə "Bavariya"da oynayan zaman gecə klublarından birində dava salan və şəxslərdən birinin başına butulka ilə vuran çilili yarımmüdafiəçi etdiyi hərəkət səbəbindən 800 min avro cəriməyə məruz qalıb.

 

Vidal 80 gün ərzində bu məbləği ödəməliidr.

Xəbər xətti