"Zirə" və "Keşlə"nin 14-cü dueli

17:51 - 18 Oktyabr 2018

Bu həftə Topaz Premyer Liqasında II dövrəyə start veriləcək.

 

Sportal.az xəbər verir ki, milli komandaların oyunlarından sonra baş tutacaq VIII turda “Zirə” “Keşlə” ilə üz-üzə gələcək.

 

"Zirə"nin oktyabrın 21-də səfərdə keçirəcəyi matç tərəflər arasında 14-cü duel olacaq.


İndiyədək 13 dəfə qarşılaşan komandalar bu görüşlərin böyük hissəsində - 8 dəfə heç-heçə edib. “Zirə” 2 dəfə qalib gəldiyi duellərdə 3 dəfə məğlub olub.

 

İki komanda arasında matçlarda 25 qol vurulub. “Qartallar” 12, “Keşlə” 13 dəfə fərqlənib. "Zirə" qol sayında geri qalsa da, ardıcıl 9 qarşılaşmadır meydanı top vurmadan tərk etmir. “Zirə” – “Keşlə” oyunlarının ən yaxşı bombardirləri 2 qol vuran futbolçulardır. "Qartallar"ın heyətində Yovan Krneta ilə Milan Duriç fərqlənib.

 

Paytaxt klubları 7-ci dəfə “Keşlə”nin meydanında üz-üzə gələcək. Səfərdə 1 qələbə qazanıb, 2 heç-heçə edən “Zirə” rəqib meydanından 3 dəfə xalsız ayrılıb. Bu matçlarda meydan sahibləri 5, qonaqlar 4 qol vurub.

 

Xəbər xətti