Buffon: "Mbappe karyeramda gördüyüm nadir istedadlardan biridir"

PSJ-nin qapıçısı Canluici Buffon "Qızıl top" mükafatı barədə fikirlərini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, 40 yaşlı qolkiper mükafata Kilian Mbappenin layiq olduğunu deyib:

 

"Mbappe fenomendir. İstedadına və meydanda gördüyü işlərinə baxsaq, dünya çempionatındakı performansını da nəzərə alsaq, Mbappenin "Qızıl top"u haqq etdiyini düşünürəm. Əgər Kilian ən yaxşı şəkildə çalışmağa davam etsə, uzun müddət dünyanın ən güclüsü ola bilər. Mbappe karyeramda gördüyüm nadir istedadlardan biridir".

Tarix: 19 Oktyabr [17:10]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16 Noyabr 2018
15  Noyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio