"Ağsu" "Qarabağ"ı, "Sumqayıt" "Neftçi"ni məğlub etdi

17:26 - 19 Oktyabr 2018

Azərbaycan Birinci Divizionunda 7-ci tura yekun vurulub.

 

Sportal.az xəbər verir ki, son oyun günündə beş görüş baş tutub. 

 

“Şüvəlan” - “Zaqatala” və “Kəpəz” - “Keşlə-2” oyunlarında qalib müəyyənləşməyib. “Turan Tovuz” “Sabah”ın əvəzedicilərinə 2-0 hesabı ilə qalib gəlib. "Sumqayıt"ın əvəzediciləri "Neftçi"nin əvəzedicilərini, "Ağsu" isə "Qarabağ"ın əvəzedicilini məğlub edib.

 

Birinci Divizion
7-ci tur
19 oktyabr

 

"Şüvəlan" - "Zaqatala" 1:1
Qollar:
Akif Tağıyev, 75 - Roini İsmayılov, 46.

 

"Kəpəz" - "Keşlə-2" 0:0

 

"Turan Tovuz" - "Sabah-2" 2:1
Qollar
: Məzahir Əhmədov, 9, Seymur Tağıyev, 21 - Samir Seyidov, 90.

 

"Sumqayıt-2" - "Neftçi-2" 2:0
Qollar:
Elvin Nəsibov, 45, 54.

 

"Ağsu" - "Qarabağ-2" 2:1
Qollar:
Elnur Səmədov, 16 (pen), 51 - İbrahim Əliyev, 4

Xəbər xətti