Ayaz Quliyevli "Rostov" "Lokomotiv"ə məğlub oldu VİDEO

12:24 - 20 Oktyabr 2018

Rusiya Premyer Liqasında 11-ci turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi “Rostov” səfərdə “Lokomotiv”ə 1:2 hesabı ilə uduzub.

 

Ayaz matça start heyətdə başlayıb və sonadək oynayıb. Quliyev 31-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

 

“Rostov”la "Lokomotiv" Premyer Liqanın turnir cədvəlində 18 xalla 4-5-ci pillələri bölüşürlər. Lider isə aktivində 25 xal olan "Zenit"dir.

 

Xəbər xətti